Modern.az

Sanksiyalar Rusiyanı “vurdu”

Sanksiyalar Rusiyanı “vurdu”

Dünya

7 Noyabr 2025, 10:32

Amerikanın sanksiyalarından sonra Rusiyanın "Lukoyl" və "Rosneft" şirkətlərində neftin ixracatı əhəmiyyətli dərəcədə azalıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp sanksiyaların Rusiya ixracatına zərbəsi və bunun Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcəyi barədə suala cavab verib: “Biz müharibənin başa çatmasını görmək istəyirik. O qədər insan həlak oldu. Çoxlu rus əsgəri öldürülüb. Buna görə də müəyyən bir məqamda Rusiya müharibəni dayandıracaq”.

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?