Modern.az

Türkiyə COP31-ə ev sahibliyi edə bilər

Türkiyə COP31-ə ev sahibliyi edə bilər

Dünya

7 Noyabr 2025, 12:00

Türkiyə COP31 beynəlxalq iqlim konfransına ev sahibliyi etməyə namizədliyini rəsmən irəli sürüb.

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz deyib.

O bildirib ki, bu addım iqlim gündəmini qlobal səviyyədə gücləndirmək və şimal-cənub ölkələri arasında körpü rolunu oynamaq məqsədi daşıyır.

Cevdet Yılmaz çıxışında qeyd edib ki, Ankara 2053-cü ilə qədər “xalis sıfır emissiya” hədəfinə sadiq qalır və enerji, sənaye, nəqliyyat sektorlarında yaşıl keçidi sürətləndirir.

O, həmçinin vurğulayıb ki, Türkiyə “Sıfır Tullantı Təşəbbüsü”nü qlobal səviyyədə yaymaqla iqlim dəyişikliyi ilə mübarizədə lider mövqeyini möhkəmləndirir.

Yılmazın sözlərinə görə, COP31-ə ev sahibliyi Türkiyənin beynəlxalq iqlim əməkdaşlığında yeni mərhələyə qədəm qoyması demək olacaq.

Qeyd edək ki, COP29 Azərbaycanda, COP30 Braziliyada keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!