Modern.az

Şimali Koreya raket buraxdı

Şimali Koreya raket buraxdı

Dünya

7 Noyabr 2025, 18:20

Yaponiya hökuməti Yapon dənizi istiqamətində ballistik raketin buraxılması ilə bağlı Şimali Koreyaya qəti etirazını bildirib.

 

Modern.az Yaponiyanın “Minyu-net” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Minoru Kixara bəyan edib.

 

Noyabrın 7-də KXDR Yapon dənizi istiqamətində ən azı bir naməlum ballistik raket buraxıb. Daha sonra hökumət raketin artıq düşdüyünü bildirib.

 

“Hesab edirik ki, Şimali Koreya müxtəlif tipli raket buraxılışları, peyk buraxılışları və nüvə sınaqları kimi növbəti təxribat xarakterli addımlar ata bilər”, – deyə Kixara mətbuat konfransında bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var