Modern.az

Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır

Azərbaycan Qəzzaya qoşun göndərməyi planlaşdırmır

Dünya

8 Noyabr 2025, 21:14

Azərbaycan Qəzza sektoruna sülhməramlı qüvvələr göndərməyi hazırda planlaşdırmır.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi hökumətdəki mənbəyə istinadla yayıb.

Mənbənin sözlərinə görə, Azərbaycan yalnız hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra belə bir məsələyə baxa bilər. “Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız döyüşlər tam dayandıqdan sonra mümkün ola bilər”, – deyə mənbə bildirib.

Qeyd edilib ki, qoşun göndərilməsi qərarı parlament tərəfindən təsdiqlənməlidir.

Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Trampın Qəzzada sülh planı çərçivəsində Vaşinqton Azərbaycan, Misir, Qətər, Türkiyə, İndoneziya və BƏƏ ilə təxminən 20 min nəfərlik Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yaradılması barədə danışıqlar aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var