Modern.az

Yaponiya sahillərində güclü ZƏLZƏLƏ

Yaponiya sahillərində güclü ZƏLZƏLƏ

Dünya

9 Noyabr 2025, 11:28

Yaponiya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələnin episentri təxminən 51 min nəfərin yaşadığı Miyako şəhərindən 127 kilometr şərqdə yerləşib, ocağın dərinliyi isə 19 kilometr olub.

 

Hazırda xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ