Modern.az

1946-cı ildən sonra ABŞ-yə ilk səfər

1946-cı ildən sonra ABŞ-yə ilk səfər

Dünya

10 Noyabr 2025, 22:07

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Suriya Prezidenti Əhməd Əl-Şara arasında qapalı görüş keçirilir.

Modern.az-ın məlumatına görə, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri liderinin Vaşinqtona ilk rəsmi səfəridir.

İki prezidentin Suriyanın böyük bir hissəsinə hələ də nəzarət edən kürd fraksiyalarının inteqrasiyası da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəyi gözlənilir. Əl-Şara, həmçinin Trampdan Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını istəyəcək. ABŞ Prezidenti isə Suriyanı Abraham sazişini imzalayan ölkələr qrupuna əlavə etməyi hədəfləyir.

Görüş zamanı Suriyanın İŞİD-ə qarşı vuruşan ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya rəsmi olaraq qoşulmasının müzakirə ediləcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var