Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Gürcüstana rəsmi səfəri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş baş tutub.
Görüşün gündəliyinə həm ikitərəfli tərəfdaşlığın inkişafı, həm də regional məsələlər daxildir.