Modern.az

Ohanyan Ermənistanı tərk edə biləcək

Ohanyan Ermənistanı tərk edə biləcək

Dünya

4 Dekabr 2025, 08:49

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edilib.

Modern.az xəbər verir ki, müvafiq qərar Ermənistan məhkəməsi tərəfindən verilib.

İttihama görə, o, maliyyə vəsaitlərinin xərclənməsinə, material-texniki vasitələrin və əmlakın istifadəsinə nəzarət etmək vəzifəsinə malik olduğu halda, 2010-2015-ci illər ərzində şəxsi maraqları və mənfəət güdməsi səbəbilə vəzifə səlahiyyətlərini xidmət maraqlarına zidd şəkildə istifadə edib, dövlətə məxsus torpaq sahəsini mənimsəyib.

Həmin ərazidə tikinti aparmaq hüququ olmadığı halda, Ermənistan Müdafiə Nazirliyinin Kapital Tikinti və Qoşunların Məskunlaşdırılması İdarəsinin rəisi Aşot Qriqoryana və digər şəxslərə tapşırıq verərək, Müdafiə Nazirliyinin satınalma proseslərində iştirak etmiş tikinti təşkilatlarını və onların işçilərini cəlb etməklə, özünə həmin sahədə fərdi yaşayış evi tikilməsini təşkil edib və təmin edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR