Modern.az

Meloni-Zelenski görüşü gərgin keçib

Meloni-Zelenski görüşü gərgin keçib

Dünya

10 Dekabr 2025, 23:20

Meloni Romadakı görüşdə Vladimir Zelenskini müharibənin bitməsi üçün “ağrılı güzəştləri” nəzərdən keçirməyə çağırıb. Görüş 90 dəqiqə davam edib.

Modern.az xəbər verir ki, bunu İtaliyanın "Corriere della Sera" nəşri yazıb.

Qəzet bildirir ki, 90 dəqiqəlik rəsmi olaraq “konstruktiv” kimi təqdim olunan görüş pərdəarxasında əslində qarşılıqlı təzyiq mühitində keçib. Meloninin mövqeyi qısa şəkildə belə olub ki, Ukrayna sülh üçün bəzi ağır qərarlarla üzləşə bilər.

Məlumata görə, danışıqlar tam da hamar keçməyib. Səbəblərdən biri İtaliyanın ABŞ-ın tezliklə sülh sazişi bağlamaq istəyini dəstəkləməsi və Avropa ölkələrindən fərqli olaraq Vaşinqtonun mövqeyinə daha yaxın dayanmasıdır. Meloninin komandası Ukraynadakı korrupsiya qalmaqalı ilə bağlı narahatlıqlarını da gizlətmir.

Nəşrin yazdığına görə, İtaliyanın hakim partiyasında Meloninin Zelenskiyə “mənəvi təzyiq göstərdiyi”, hətta bunu qismən Ağ Evin adından etdiyi deyilir. Zelenski isə əvəzində Melonidən Trampın mövqeyini yumşaltmağa çalışmasını xahiş edib.

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -