Modern.az

Türkiyəni sarsıdan qətl: Qızı müğənnini 6-cı mərtəbədən atıb

Türkiyəni sarsıdan qətl: Qızı müğənnini 6-cı mərtəbədən atıb

Dünya

11 Dekabr 2025, 13:04

Türkiyədə “Güllü” adı ilə tanınan müğənni Gül Tutunun ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Sentybarın 26-da Yalovanın Çınarcık rayonunda baş verən hadisə zamanı 52 yaşlı sənətçi yaşadığı mənzilin 6-cı mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirmişdi. Hadisə əvvəlcə bədbəxt hadisə kimi qiymətləndirilsə də, yeni faktlar qətl ehtimalını gücləndirib.

Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən müğənninin qızı Tuğyan Ülkem Gülter və dostu Sultan Nur Ulu ötən həftə ölkədən qaçmağa çalışarkən İstanbulda saxlanılıb. İfadələr və analiz edilən səsyazmalar onların cinayəti qəsdən törətdiyi ehtimalını gücləndirir. Səsyazmada Tuğyanın anasına “İndi səni atacağam” deyərək onu pəncərədən itələdiyi iddia olunur.

Yalova Prokurorluğu 27 yaşlı Tuğyan Gülter və Sultan Nur Ulunu qəsdən adam öldürmə şübhəsi ilə saxlayıb. Onlarla birgə İstanbulda qaldıqları evin sahibi də polis nəzarətindədir. 

Yalova Respublika Baş prokuroru Duyğu Bayar Öksüz bildirib ki, iş üzrə detallı araşdırma aparılıb və bütün addımlar konkret sübutlara əsaslanıb. Şübhəlilərin ifadələri və istintaqın əldə etdiyi sübutlar arasında ciddi uyğunsuzluqların olduğu qeyd edilib.

Şübhəlilərin vəkilləri səsyazmanın dosyaya daxil olub-olmadığının hələ məlum olmadığını bildiriblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?