"Vladimir Putinlə ilin icmalı" teleproqramına vətəndaşlardan təxminən 1 milyon sorğu daxil olub.
Modern.az xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalında bildirilib.
Suallar ən çox telefon zəngləri, ardınca MAX messencerindəki çatbot vasitəsilə qəbul edilir. Videomesajlar da göndərilir. Süni intellekt sualların emalına kömək edir və bu, cəmi yeddi saniyə çəkir.
Prezident sualları 19 dekabr Moskva vaxtı ilə saat 12:00-da cavablandıracaq. Yayım "Rossiya 1" və "Rossiya 24" televiziya kanalları tərəfindən aprılacaq.
Vətəndaşların müraciətləri proqramın sonuna qədər qəbul ediləcək.
Keçən il "Vladimir Putinlə ilin icmalı" dörd saatdan çox davam edib.