Rusiya və İran liderləri Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.
Modern.az xəbər verir ki, görüşdə Vladimir Putin və Məsud Pezeşkian beynəlxalq "Şimal–Cənub" nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi və onun üçün torpaq ayrılması məsələsini müzakirə ediblər.
Qeyd edək ki, "Şimal–Cənub" dəhlizi Azərbaycan ərazisi vasitəsilə Rusiyanı İran, Fars körfəzi ölkələri, Cənubi Asiya və Afrika ilə birləşdirəcək.