Modern.az

KTMT ölkələrinə hücum Belarusa hücum kimi qəbul ediləcək

KTMT ölkələrinə hücum Belarusa hücum kimi qəbul ediləcək

Dünya

13 Dekabr 2025, 15:16

Belarusun hərbi təhdidlər siyahısına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətə qarşı “silahlı təcavüz aktı”nı respublika əleyhinə hərbi təhlükə ilə eyniləşdirən bənd daxil edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko qanun imzalayıb.

Qanun Belarusun silahlı müdafiəsini silahlı qüvvələr tərəfindən həm müstəqil, həm də respublikanın müttəfiq ölkələri ilə birgə həyata keçirə biləcəyini nəzərdə tutur.

Artıq silahlı qüvvələrin missiyalarına Belarusda və ya müttəfiq ölkələrin ərazisində "silahlı münaqişənin başlanmasına səbəb ola biləcək" böhranlı vəziyyətləri həll etməyə hazır olmaq daxildir. “Birlik dövlətinin vahid döyüş müdafiə sistemi kimi” hava hücumundan müdafiə sistemində təkmilləşdirmələr də tələb olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?