Modern.az

Lukaşenko müxalifət liderini ƏFV ETDİ

Lukaşenko müxalifət liderini ƏFV ETDİ

Dünya

13 Dekabr 2025, 17:44

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət lideri Mariya Kolesnikovanın da daxil olduğu müxtəlif ölkələrdən olan 123 məhbusu əfv edib.

Modern.az xəbər verir ki, "Nasha Niva" nəşri (Belarusda ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar siyahısına daxildir) Kolesnikovanın artıq azadlıqda olduğunu bildirib.

2021-ci ilin sentyabr ayında Kolesnikovaya Belarus Cinayət Məcəlləsinin 357-ci maddəsinin 1-ci hissəsi (hakimiyyəti ələ keçirmək üçün sui-qəsd), 361-ci maddəsinin 3-cü hissəsi (milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş hərəkətlərə çağırışlar) və 361-1-ci maddəsinin 1-ci hissəsi (ekstremist qrup yaratmaq) ilə təqsirli bilinərək 11 il həbs cəzası verilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?