Modern.az

Mirzoyan ABŞ səfiri ilə Zəngəzur dəhlizini müzakirə etdi

Mirzoyan ABŞ səfiri ilə Zəngəzur dəhlizini müzakirə etdi

Dünya

9 Yanvar 2026, 23:40

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Son illərdə Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın qurulmasına və onun davamlı inkişafına imkan verən birgə işlərin nəticələri qarşılıqlı məmnuniyyət doğurduğunu bildiriblər.

Digər proqramlar arasında həmsöhbətlər Zəngəzur dəhlizi (TRIPP Yolu) proqramının həyata keçirilməsi üçün atılan addımlara toxunaraq, təşəbbüsün regional əlaqənin və davamlı inkişafın təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır