Modern.az

ABŞ İrana qoşun göndərəcək?

ABŞ İrana qoşun göndərəcək?

Dünya

11 Yanvar 2026, 22:46

Ağ Ev ABŞ qoşunlarının İrana göndərilməsi ehtimalını istisna edib.

Modern.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlara dəstək üçün bir neçə variantı nəzərdən keçirir, lakin bu variantların heç biri ABŞ hərbçilərinin İranda yerləşdirilməsini nəzərdə tutmur.

Telekanala açıqlama verən Ağ Evin nümayəndəsi qeyd edib ki, administrasiya İrana mümkün zərbələrin ölkə daxilində əks-effekt yarada, iranlıları hakimiyyət ətrafında birləşdirə və ya İslam Respublikasının cavab hərbi addımlarına səbəb ola biləcəyindən ehtiyatlanır. CNN-in mənbələri vurğulayıb ki, Donald Tramp hələlik İrana müdaxilə ilə bağlı yekun qərar qəbul etməyib, lakin ölkədə ölənlərin sayının artması fonunda müəyyən addımların atılmasını ciddi şəkildə nəzərdən keçirir.

ABŞ-da yerləşən insan haqları təşkilatınıb məlumatına görə, İranda etirazlar zamanı azı 538 nəfər həlak olub. Ölənlər arasında 48 hüquq-mühafizə orqanı əməkdaşının olduğu bildirilir. Aktivistlərin iddiasına əsasən, aksiyalarda iştirak edən 10 min 600-dən çox şəxs saxlanılıb. 

Qeyd edək ki, İranda etiraz aksiyaları 28 dekabr tarixində paytaxtda sahibkarların milli valyutanın kəskin dəyərdən düşməsi və qiymət artımlarına etiraz olaraq başladığı tətil dalğasından sonra genişlənib. Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, etirazçılar arasında ölənlərin sayı artarsa, ABŞ İrana zərbə endirə bilər. Rəsmi Tehran isə baş verən iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır