Çeçenistanda hakimiyyət uğrunda mübarizə gözlənilir.
Modern.az Britaniya qəzeti The Times-a istinadən xəbər verir ki, bu çoxillik lider Ramzan Kadırovun xəstəliyi fonunda mümkündür.
Məlumata görə, Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. O, pankreonekroz (kəskin mədəaltı vəzi nekrozu) və böyrək problemlərindən əziyyət çəkir, nadir hallarda ictimaiyyət qarşısına çıxır və dializ alır.
Bu isə Kremlin nəzarəti qorumağa çalışdığı respublikada varis və mümkün hakimiyyət mübarizəsi ilə bağlı suallar doğurur.