Modern.az

İran qapalı daxili internet şəbəkəsi yaradır

İran qapalı daxili internet şəbəkəsi yaradır

Dünya

14 Yanvar 2026, 13:36

İran məhdud sayda daxili veb saytları olan qapalı daxili internet şəbəkəsi yaratmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti iranlı rəqəmsal texnologiya üzrə mütəxəssis Əmir Rəşidiyə istinadən yazıb.

Hazırda İranda internet məhdudlaşdırlıb.

Buna ölkədə etirazların keçirilməsi səbəb olub.

İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyuta olan İran rialının devalvasiyası səbəbindən başlayıb. Əvvəlcə əsas məsələ valyuta məzənnəsindəki kəskin dalğalanmalar və onların topdan və pərakəndə satış qiymətlərinə təsiri idi. Lakin İranın bir neçə şəhərində etirazlar sonradan polislə toqquşmalara çevrildi və şüarlar ölkədəki mövcud siyasi sistemi hədəf alaraq siyasi xarakter aldı. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər olduğu bildirilir.

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsraili İslam Respublikasındakı iğtişaşları təşkil etməkdə günahlandırıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır