Ukraynanın hüquq-mühafizə orqanları parlamentin müxalif fraksiyasının rəhbəri, sabiq Baş nazir Yuliya Timoşenkonun korrupsiyada şübhəli bilindiyini bəyan edib.
Modern.az xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun birgə bəyanatında bildirilir ki, Timoşenko müəyyən qanun layihələrini dəstəklədiyi və ya əleyhinə çıxdığı üçün fraksiyasına daxil olmayan ayrı-ayrı deputatlara qanunsuz mükafatlar təklif edib. Onun hərəkətləri Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə təsnif edilib.
Artıq bununla bağlı "Batkivşina" fraksiyasının rəhbəri Yuliya Timoşenkoya bildiriş də göndərilib. Sabiq Baş nazir isə ittihamları rədd edib və partiyanın Kiyev ofisində aparılan axtarışları təsdiqləyib.