Modern.az

Makronun gözünə nə olub? - GÖRÜNTÜ

Makronun gözünə nə olub? - GÖRÜNTÜ

Dünya

15 Yanvar 2026, 19:24

Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarması ilə diqqət çəkib.

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran Makron görünüşü ilə bağlı zarafat etməkdən də çəkinməyib. O, gözünün vəziyyətini məşhur “Rokki” filmindəki “Eye of the Tiger” mahnısına bənzədib.

"Yeni ilin əvvəlində sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Gözümün xoşagəlməz görünüşünə görə üzr istəyirəm... Bunu ilin əvvəlindəki "pələng gözü"nə təsadüfən istinad kimi qəbul edin", - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır