Modern.az

Azərbaycanın dostu çətin vəziyyətdə...

Azərbaycanın dostu çətin vəziyyətdə...

Dünya

18 Yanvar 2026, 15:18

Macarıstan 12 aprel tarixində parlament seçkiləri keçirəcək. 

Modern.az xəbər verir ki, iqtisadi problemlər və qalmaqallar fonunda hakim “Fides” partiyası sorğularda da geri qalır, müxalifət isə Petr Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası ətrafında konsolidasiya olunur.

Orbanın mümkün prezidentliyə keçidi ilə bağlı şayiələrə baxmayaraq, o bildirib ki, hazırkı siyasi kursunu davam etdirəcək.

2010-cu ildən baş nazir olan Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti tez-tez Brüssellə problemlər yaşayır. Bu problemlər əsasən, miqrasiya siyasəti, daxili islahatlar və Ukrayna müharibəsi ilə bağlı fərqli mövqelərdən qaynaqlanır. Avropa İttifaqı daxilində Macarıstanın səsvermə hüququnun məhdudlaşdırılması və ya maliyyə yardımlarının dondurulması ilə bağlı müzakirələr periodik olaraq müzakirə olunur.

Xatırladaq ku, Macarıstanın Baş naziri Viktor Orban uzun illərdir ki, Azərbaycanın Avropa İttifaqındakı ən sadiq və etibarlı tərəfdaşlarından biri hesab olunur. Macarıstan Türk Dövlətləri Birliyində müşahidəçi statusuna da malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır