Davosda keçirilən forumda çıxış edən Fransa Prezidenti Emmanuel Makronun “sülhün, sabitliyin və proqnozlaşdırıla bilənliyin vaxtı gəlib” bəyanatı zalda istehza ilə qarşılanıb.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Makron çıxışında bildirib ki, həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından dünyanın qeyri-sabitlik və tarazlığın pozulması mərhələsinə daxil olduğu açıq şəkildə görünür.
Onun sözlərinə görə, mövcud vəziyyətə diqqət yetirəndə bir çox ölkələrdə avtoritar idarəetməyə keçidin müşahidə edildiyi, 2024-cü il ərzində isə dünyanın müxtəlif bölgələrində müharibələrin davam etdiyi aydın olur.
Fransa prezidenti əlavə edib ki, münaqişələr artıq istisna deyil, demək olar ki, “adi qaydaya” çevrilib. BBC News yazır ki, bu cür pessimist mənzərə fonunda Makronun sülh və sabitliklə bağlı nikbin açıqlaması auditoriyada istehza doğurub və bəzi iştirakçılar tərəfindən gülüşlə qarşılanıb.