Modern.az

Baş nazir Trampı “ac tırtıl” adlandırdı

Baş nazir Trampı “ac tırtıl” adlandırdı

Dünya

21 Yanvar 2026, 22:50

Belçikanın Baş naziri ABŞ Prezidenti Donald Trumpı tənqid edib.

Modern.az xəbər verir ki, Belçika hökumətinin rəhbəri Bart De Vever Vaşinqtonun Qrenlandiya ilə bağlı səsləndirdiyi hədələri şərh edərkən Trampı “ac tırtıl”a bənzədib.

O bildirib ki, Avropa artıq ABŞ-la münasibətlərdə təkcə diplomatik çağırışlarla kifayətlənə bilməz. Onun sözlərinə görə, Vaşinqtonla bağlı indiyədək aparılan “yalvarış və dilə tutma” siyasəti nəticə vermir və əksinə, vəziyyəti daha da mürəkkəbləşdirir. “Bəsdir! Avropa "ac tırtıl" Donald Trampa qarşı durmalıdır”, – deyə Belçikanın baş naziri vurğulayıb.

De Vever Avropa ölkələrini potensial təhlükələrə qarşı silahlanmağa və birgə müdafiə imkanlarını gücləndirməyə çağırıb. O qeyd edib ki, ABŞ-ın Qrenlandiya məsələsində mümkün hərbi müdaxilə ehtimalları fonunda artıq yalnız diplomatik bəyanatlarla kifayətlənmək olmaz və Avropanın maraqlarını qorumaq üçün konkret addımlar atılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır