Modern.az

Tramp: Mən diktatoram!

Tramp: Mən diktatoram!

Dünya

22 Yanvar 2026, 07:53

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışını şərh edərkən özünü diktator adlandırıb.

Modern.az xəbər verir ki, onun çıxışı Ağ Evin "Youtube" kanalında yayımlanıb. .

Tramp bildirib ki, çıxışı müsbət qarşılanıb və bu onu təəccübləndirib:

“Çox yaxşı çıxışımız oldu, tərif dolu rəylər aldıq. Buna inana bilmirəm. Adətən deyirlər ki, Tramp dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır”, - deyə ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma sağlam məntiqə əsaslanır.

“Hər şey sağlam məntiq üzərində qurulub. Bu, nə mühafizəkarlıqla, nə liberalizmlə, nə də başqa bir anlayışla bağlıdır”, - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır