“Respublikaçılar Partiyasında 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürə biləcək və Donald Trampın irsini davam etdirə biləcək yaxşı varislər heyəti var”.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation”a müsahibəsində bildirib.
"Şübhəsiz ki, yaxşı namizədlər heyətimiz var. Çox istedadlı insanlarımız var", - deyə o qeyd edib.
Tramp deyib ki, onun favoritləri var, lakin vəziyyət dəyişə biləcəyi üçün onların adlarını açıqlamaq hələ tezdir. Buna baxmayaraq, o, vitse-prezident Ceymc Vens, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Besenti fərqləndirərək onların adlarını çəkib.