Modern.az

Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacağıq! - Ərdoğan

Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacağıq! - Ərdoğan

Dünya

22 Yanvar 2026, 12:20

"Bayrağımıza uzanan o çirkli əlləri mütləq tapacaq və bu xainləri məsuliyyətə cəlb edəcəyik".

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup yığıncağındakı çıxışı zamanı səsləndirib.

“Terror təşkilatının artıq Nusaybin-Kamışlı sərhədində dünən etdiyi kimi, şanlı bayrağımıza qorxaqcasına hücum edərək, sıralarına zorla cəlb edilmiş uşaq döyüşçülərdən və zorakılıq yolu ilə yerləşdirdiyi mülki şəxslərdən istifadə edərək burada heç bir şeyə nail olmaq şansı yoxdur", - Ərdoğan vurğulayılb.

Prezident deyib ki, Milli Müdafiə və Ədliyyə nazirlikləri Türkiyə bayrağını ayaqlar altına atıb tapdalayan şəxslərlə bağlı lazımi araşdırmalara başlayıb.

Ərdoğan qonşu ölkədə bütün etnik qrupların, inancların və məzhəblərin yan-yana yaşadığı vahid, müstəqil Suriya dövləti qurmaq uğrunda aprılan mübarizəni ürəkdən dəstəklədiklərini bildirib.

O, son həftələrdəki uğurlu əməliyyatlarına görə Suriya hökumətini, Suriya Ordusunu və Suriya xalqını təbrik edib.

Ərdoğan Suriyadakı hadisələri yaxından izlədiklərini, Türkiyə üçün mövcud riskləri aradan qaldırmaq, yeni təhdidlərin qarşısını almaq və Suriyada sülh və sabitliyi sürətlə bərqərar etmək üçün həssas bir proses apardıqlarını vurğulayıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır