İranda inflyasiya və valyutanın dəyərdən düşməsi ilə bağlı kütləvi etirazlar fonunda İrəvan Ermənistanda yaşayan iranlıların etiraz meydançasına çevrilmişdi.
Modern.az xatırladır ki, İranda etirazların pik həddə çatdığı günlərdə yüzlərlə insanın İrəvandakı İran səfirliyi önündə aksiyalar keçirirdi.
Maraqlıdır ki, İran səfiri Xəlil Şirqolami Ermənistan hakimiyyətini hərəkətsizlikdə günahlandıraraq ölkənin İran əleyhinə fəaliyyət mərkəzinə çevrildiyini iddia etməsindən sonra Paşinyan hakimiyyəti geri addım atdı. Belə ki, İran vətəndaşlarının planlaşdırılan etiraz yürüşü qadağan edilib və bir neçə iştirakçı saxlanılıb. Bundan başqa, 7 nəfərin həbs olunduğu bildirilir.
Baş verənlər Ermənistanın İranın narazılığından çəkindiyini və diplomatik kanallar vasitəsilə aldığı xəbərdarlığa görə güzəştə getməyə məcbur olduğunu göstərir.