Ukraynanın Zaporojye bölgəsində Rusiya pilotsuz təyyarələrinin hücumu nəticəsində 3 nəfər həlak olub.
Modern.az Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və regional administrasiyanın rəhbəri İvan Fedorovun verdiyi məlumata görə, Rusiya pilotsuz təyyarələri 29 yanvar gecəsi Zaporojye bölgəsindəki Volnyansk şəhərinə hücum edib.
Şəhərdə 7 fərdi evə ziyan dəyib, biri dağılıb və yanğınlar baş verib.
Xilasedicilər üç nəfərin: 62 yaşlı kişi və 26 və 50 yaşlı qadınların öldüyü, 57 yaşlı kişinin isə yaralandığını bildirib.