ABŞ-ın birinci xanımı Melaniya Tramp Fox News-da prezident Donald Trampın rəqsi ilə bağlı şərh verib.
Modern.az-ın məlumatına görə, birinci ledi "müəyyən vaxtlarda" bundan zövq aldığını qeyd edib.
"Amma bəzi vaxtlarda bunun yersiz olduğunu mən ona da demişəm", - birinci xanım bildirib.
O, əlavə edib ki, Amerika liderinin rəqsi insanlara "xoşbəxtlik və sevinc" gətirir və ərinin andiçmə mərasimində özü də onun ən sevdiyi mahnılardan birinə rəqs edib. Lakin birinci xanımın rəqsi prezidentin rəqsindən fərqli olub.
Yanvarın əvvəlində Tramp Respublikaçı qanunvericilər qarşısında çıxışı zamanı Melaniyanın onun ictimai rəqsindən xoşlanmadığını etiraf edib.