Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək.
Modern.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq.
Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.
Dmitriyev 23-24 yanvar tarixlərində BƏƏ-də keçirilən əvvəlki üçtərəfli danışıqlarda Rusiya-Amerika iqtisadi qrupunun rəhbəri kimi iştirak edib.
Dmitriyev əvvəllər 20 dekabr 2025-ci ildə Mayamiyə səfər etmiş və orada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov, Donald Trampın kürəkəni Cared Kuşner və FAS komissarı Coş Qruenbaum ilə görüşmüşdü. Həmin vaxt Ukraynadakı münaqişənin həlli planı müzakirə olunmuşdu.
Dövlət katibi Marko Rubio 1 fevralda Əbu-Dabidə keçiriləcək danışıqların ikitərəfli şəkildə keçiriləcəyini, lakin ABŞ-ın iştirakının mümkün olduğunu açıqlayaraq, Uitkoff və Kuşnerin iştirak etməyəcəyini qeyd etdi.