Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində 28 yanvar tarixində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanmış Sadaxlı kənd sakini Sənan Şərifov həkimlərin bütün müdaxilələrinə baxmayaraq klinikada dünyasını dəyişib.
Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən ağır yol qəzası nəticəsində Üfiq Bədəlov və Ümid Adgözəlov hadisənin baş verdiyi gün həyatlarını itiriblər. Sənan Şərifov isə ağır bədən və boyun xəsarətləri ilə əvvəlcə Marneulidəki klinikalardan birinə, daha sonra isə Tbilisidə yerləşən “İnqorovka” klinikasına yerləşdirilib.
Mövcud məlumata əsasən, əməliyyat olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər (Aktual.ge).
