Ermənistan müdafiə naziri Suren Papikyanın əmri ilə Silahlı Qüvvələrdə Ruhani xidməti ləğv edilib.
Modern.az xəbər verir ki, məlumatı Ermənistan KİV-nə keşiş Psak Mkrtçyan açıqlayıb.
O xatırladıb ki, Silahlı Qüvvələrdə Ruhani xidməti 20 ildən çoxdur fəaliyyət göstərirdi.
“Müdafiə nazirinin əmri ilə biz ruhanilər vəzifələrimizdən azad edildik. Allah Kilsəmizi, Vətənimizi və Ordumuzu gücləndirsin", - deyə keşiş narazılığını ifadə edib.
Xatırladaq ki, son vaxtlar Ermənistanda hökumətlə kilsə arasında münasibətlər gərginləşib. Paşinyan hökuməti kilsənin səlahiyyətlərinin məhdudlaşdırmaq istiqamətində bəzi addınlar atır.
Qeyd edək ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ruhani xidməti 13 noyabr 1997-ci ildə keçmiş katolikos I Qaregin və eks-müdafiə naziri Vazgen Sarkisyanın birgə təşəbbüsü ilə təsis edilib.