Modern.az

Türkiyəli aktyor Ufuk Özkana qaraciyər köçürülüb – Xəstəxanadan açıqlama

Türkiyəli aktyor Ufuk Özkana qaraciyər köçürülüb – Xəstəxanadan açıqlama

Dünya

4 Fevral 2026, 05:01

Qaraciyər çatışmazlığı diaqnozu ilə uzun müddət müalicə alan tanınmış türkiyəli aktyor Ufuk Özkan orqan transplantasiyası əməliyyatı keçirib.

Modern.az xəbər verir ki, təxminən 11 saat davam edən əməliyyat uğurla başa çatıb.

Həkimlərin verdiyi məlumata görə, transplantasiya planlaşdırıldığı kimi həyata keçirilib və aktyorun hazırkı sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Açıqlamada bildirilib ki, Ufuk Özkan bu gecəni reanimasiya şöbəsində keçirəcək. Sabah ayıltma prosesinə başlanılması, hər şey normal inkişaf edərsə, süni tənəffüs aparatından ayrılması planlaşdırılır. Reanimasiya mərhələsinin adətən bir-iki gün davam etdiyi, xəstəxanada qalma müddətinin isə orta hesabla iki-üç həftə çəkə biləcəyi qeyd olunub. (Mənbə: A Haber)

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!