FIFA-nın prezidenti Canni İnfantino Ukraynaya məxsus “Mirotvorets” internet resursunun məlumat bazasına daxil edilib.
Modern.az xəbər verir ki, bu barədə məlumat resursun rəsmi saytında dərc olunub.
Saytda yer alan məlumata görə, Canni İnfantino Ukraynaya qarşı “humanitar aqressiya” aktlarında iştirak etməkdə, eləcə də “informasiya-təbliğat xarakterli təxribatlar” törətməkdə ittiham olunur.
Qeyd edək ki, İnfantino daha əvvəl FIFA-nın Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı qərarına yenidən baxılmasının mümkünlüyünü müzakirə etmək lazım gəldiyini bildirmişdi.
{gallery}