Modern.az

Son insident Trampın İranla bağlı qərarını dəyişə bilər

Son insident Trampın İranla bağlı qərarını dəyişə bilər

Dünya

4 Fevral 2026, 12:06

Tramp İranın aqressiv yanaşması və dənizdəki bir sıra təxribatlara görə danışıqlardan çıxmağı düşünür.

Modern.az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ rəsmiləri "Wall Street Journal" qəzetinə bildiriblər ki, "Abraham Lincoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz təyyarəsinin vurulmasından və Hörmüz boğazında Amerika tankerinin ələ keçirilməsi cəhdindən sonra gərginlik artıb.

Bundan sonra başqa bir İran pilotsuz təyyarəsi gəminin yaxınlığında peyda olub, lakin bu dəfə məsafəni qoruyub və heç bir təhlükə yaratmayıb.

Bu arada, ABŞ-dakı mənbə bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ordusunun xəbərdarlığından sonra 2 gün ərzində Hörmüz boğazında planlaşdırılan döyüş atışlı təlimləri ləğv edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!