İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu, Necati Özkan, Hüseyn Gün və Merdan Yanardağ barəsində “casusluq işi” üzrə ittiham aktı hazırlanıb.
Modern.az-ın məlumatına görə, ittiham aktı İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində tərtib edilib.
Əkrəm İmamoğlu barəsində “siyasi casusluq” maddəsi ilə cinayət işi açılıb.
Qeyd olunur ki, ötən ilin oktyabr ayında Əkrəm İmamoğlu, onun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağla bağlı casusluq ittihamı əsasında istintaqa başlanılıb.
Xatırladaq ki, ötən ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan araşdırma çərçivəsində Əkrəm İmamoğlu saxlanılıb. Onun evində axtarış aparılıb, daha sonra tibbi müayinəyə aparılıb. Həmin iş üzrə ümumilikdə 100-dən çox şəxs saxlanılıb.
Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. (Mənbə:Anadolu)