Modern.az

Vens Azərbaycana nə vaxt gələcək?

Vens Azərbaycana nə vaxt gələcək?

Dünya

5 Fevral 2026, 12:57

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın günlərdə Azərbaycana səfər edəcək.

Modern.az Qərb mediasına istinadən xəbər verir ki, səfər zamanı o, 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, ardınca isə Ermənistan və Azərbaycana səfər edəcək.

İtaliyada Vens Milan-Kortina Olimpiadasının açılış mərasimində iştirak edəcək və ABŞ-ın rəsmi nümayəndə heyətinə rəhbərlik edəcək. Tədbirlərdə ona həyat yoldaşı Uşa Vens, Dövlət katibi Marko Rubio, ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertitta və bir neçə keçmiş Olimpiya çempionu qoşulacaq. Olimpiya proqramının başa çatmasından sonra Vens ABŞ prezidenti Donald Trampın göstərişi ilə Cənubi Qafqaza səfər edəcək.

O, Ermənistan və Azərbaycan arasında 2025-ci ildə Ağ Evin vasitəçiliyi ilə tərəflərin əldə etdiyi sülh müqavilələrinin təşviqi üzərində işləyəcək. Ermənistan və Azərbaycan arasındakı razılaşmalara nəqliyyat yollarının açılması, ABŞ ilə enerji, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Tramp Marşrutu" layihəsinin başlanması daxildir. 

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!