Modern.az

Ukrayna Rusiya ilə razılığa gəldi: 314 əsir...

Ukrayna Rusiya ilə razılığa gəldi: 314 əsir...

Dünya

5 Fevral 2026, 15:07

Rusiya, ABŞ və Ukrayna 314 əsirin mübadiləsi barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib. O, Əbu-Dabidə dünən və bu gün keçirilən danışıqları ətraflı və məhsuldar adlandırıb.

"Bu gün ABŞ, Ukrayna və Rusiyanın nümayəndə heyətləri 314 məhbusun mübadiləsi barədə razılığa gəliblər - bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları yolu ilə əldə edilib", - deyə o, sosial mediada yazıb.

Uitkoff qeyd edib ki, hələ görüləsi əhəmiyyətli işlər var, lakin bu razılaşma diplomatik əlaqələrin nəzərəçarpacaq nəticələr verdiyini göstərir.

ABŞ Prezidentinin xüsusi elçisi qarşıdakı həftələrdə Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda əlavə irəliləyiş gözlədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!