Modern.az

“ABŞ-İran gərginliyini azaltmaq üçün çalışırıq” - AÇIQLAMA

“ABŞ-İran gərginliyini azaltmaq üçün çalışırıq” - AÇIQLAMA

Dünya

5 Fevral 2026, 15:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, Ərdoğan "İran-ABŞ gərginliyi başladıqdan sonra prezidentlər Məsud Pezeşkian və Donald Trampla danışıqlarınız oldu və bir proses başladı. Bu prosesin hazırkı vəziyyəti necədir" sualına cavab verib.

"Əvvəla, regionu yeni bir münaqişəyə və xaosa sürükləmədən Amerika ilə İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. Bildiyiniz kimi, ABŞ prezidenti Donald Trampla telefon danışığım oldu və ertəsi gün də İran prezidenti Məsud Pazeşkianla danışdım. Həmçinin, İstanbulda İranın xarici işlər naziri Abbas Arakçi ilə xarici işlər nazirimlə birlikdə üçtərəfli görüş keçirdik. Məsələni aktual saxlayırıq. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik və bunu həmkarlarımıza çatdırmışıq. İndiyə qədər tərəflərin diplomatiyaya yol açmaq istədiyini görürəm. Bu, müsbət bir inkişafdır. Problemlərin həlli münaqişə deyil, ortaq zəmində görüşmək və danışıqlar aparmaqdır. Proses qırılmayıb. Dialoq və diplomatiya üçün zəmin hələ də açıqdır. Düşünürəm ki, aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqlar da faydalı olacaq. Hərbi gərginliyin artması nəzərə alınmaqla, danışıqlar masası qurulması da vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və regionumuzda yeni bir münaqişə yaranmayacaq. Biz həm lider diplomatiyası, həm də digər səviyyələrdə görüşlər, danışıqlar yolu ilə işləyirik... Biz bu təməli gücləndirmək üçün çalışacağıq. Bu təməlin nə qədər genişlənəcəyini və digər ölkələrin də iştirak edib-etməyəcəyini görəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!