Rusiya və Ukrayna arasında 157 hərbi əsir mübadiləsi aparılıb.
Rusiya Ukrayna əsirliyindən 157 hərbçini geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 157 hərbçisi təhvil verilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti 5 fevralda məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, BƏƏ və ABŞ mübadilədə vasitəçi kimi çıxış ediblər. Tərəflər Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı mübadiləni aparmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr 4 və 5 fevral tarixlərində baş tutub və Amerika tərəfi onları məhsuldar adlandırıb. Danışıqların ilk mərhələsi 23 və 24 yanvar tarixlərində baş tutub.