ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı müsbət liderlər kimi dəyərləndirib.
Modern.az xəbər verir ki, Tramp bu fikirləri Vaşinqtonda etdiyi çıxış zamanı səsləndirib. O, müxtəlif regional münaqişələrin həllində rolunu xatırladaraq bir sıra qarşıdurmaların məhz onun təşəbbüsü ilə dayandırıldığını bildirib.
“Kamboca–Tailand, Kosovo–Serbiya, Pakistan–Hindistan, İsrail–İran, eləcə də Ermənistan–Azərbaycan arasında baş verən ağır müharibələrin qarşısını almışam”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan irəliləyişə toxunaraq vurğulayıb ki, hər iki ölkəyə rəhbərlik edən şəxslər güclü liderlərdir və uzun illər davam edən münaqişəyə baxmayaraq, məsələnin qısa müddətdə həllinə nail olunub.