Modern.az

ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

Dünya

6 Fevral 2026, 14:37

ABŞ-dan olan nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistana gəlib. Onların gəlişi ABŞ-ın vitse-prezidenti Ceyms Vensin regiona səfərinə hazırlıqla əlaqəli olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, nümayəndə heyəti üçün Armenia Marriott otelinin ayrıca mərtəbəsi ayrılıb.

ABŞ vitse-prezidenti C.D.Vensin İrəvana səfərinin 9 fevrala planlaşdırıldığı bildirlib. Onun daha sonra Bakıya səfər edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?