Fransanın Qrenobl şəhərində yerləşən gözəllik salonunda qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə “ici” radiostansiyası məlumat yayıb.
Məlumata görə, bir kişi cinayət yoldaşı ilə birlikdə salona daxil olduqdan sonra qumbaranı atıb. Partlayışdan sonra onlar hadisə yerindən qaçıblar. Hadisə nəticəsində vitrinin şüşələri qırılıb, altı nəfər yaralanıb. Xəsarət alanlar arasında beş yaşlı uşaq da var.
“Franceinfo” radiosunun Qrenobl prokuroru Etyen Mantoya istinadən verdiyi məlumata görə, istifadə olunan partlayıcı qurğu insanları öldürmək deyil, qorxutmaq məqsədi daşıyıb. Özəl hazırlanmış qumbarada güclü partlayıcı maddə və çoxlu metal zədələyici elementlər olmayıb.