Modern.az

Ərzurumda TIR ilə avtomobil toqquşub: ölənlər var

Ərzurumda TIR ilə avtomobil toqquşub: ölənlər var

Dünya

7 Fevral 2026, 03:01

Türkiyənin Ərzurum şəhərində TIR ilə avtomobilin toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

İlkin məlumata əsasən, ölənlər avtomobildə olan eyni ailənin dörd üzvüdür.

Qəza yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Hadisə zamanı yaralananların da olduğu bildirilir. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün istintaqa başlanılıb, polis tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır