Modern.az

Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı

Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı

Dünya

7 Fevral 2026, 11:14

Albaniya Baş nazirinin müavini, infrastruktur naziri Belinda Balluku tenderdə rüşvət almaq ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Modern.az xəbər verir ki, 2025-ci il noyabrın 20-də məhkəmə onun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edib. Eyni zamanda, onun ölkədən çıxışı da məhdudlaşdırılıb.

Dekabrda Konstitusiya Məhkəməsi onun növbəti qəraradək vəzifəsini icra etməsinə icazə vermişdi. Bu dəfə isə məhkəmə Ballukunun apellyasiya şikayətini rədd edib və onun vəzifədən uzaqlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?