Modern.az

Netenyahu Epşteynin Mossadla bağlı iddialarına cavab verdi

Netenyahu Epşteynin Mossadla bağlı iddialarına cavab verdi

Dünya

7 Fevral 2026, 12:20

İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə amerikalı maliyyəçi Ceffri Epşteyn arasında mümkün əlaqələrə dair iddialar gündəmdə qalmaqda davam edərkən, İsrail Baş naziri Benyamin Netanyahu ilk dəfə bu məsələyə münasibət bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir açıqlamasında diqqəti keçmiş İsrail Baş naziri Ehud Barakın üzərinə yönəldib.

Epşteyn sənədlərinin beynəlxalq aləmdə geniş rezonans doğurduğu bir vaxtda İsrail uzun müddət susqun qaldığı bu mübahisə ilə bağlı ilk dəfə rəsmi mövqe ortaya qoyub. Benyamin Netanyahu Epşteynin İsrail kəşfiyyatı adından fəaliyyət göstərdiyinə dair iddiaların əsassız olduğunu bildirib və bu iddiaların məqsədli şəkildə siyasi müstəviyə daşındığını vurğulayıb.

Netanyahu qeyd edib ki, “Epşteyn Mossad üçün çalışıb” iddiaları Epşteynin ABŞ-də mövcud olan ağır cinayət işlərini arxa plana keçirmək və yanlış siyasi təsəvvür yaratmaq məqsədi daşıyır.

Baş nazirin əsas tənqid hədəfi isə keçmiş İsrail Baş naziri Ehud Barak olub. Netanyahu Epşteyn ilə Barak arasında “adi olmayan dərəcədə yaxın” münasibətlərin mövcudluğuna diqqət çəkib. Bununla belə, o vurğulayıb ki, bu yaxınlıq Epşteynin İsrail dövləti və ya onun kəşfiyyat strukturları adından fəaliyyət göstərdiyini sübut etmir.

Netanyahu açıqlamasında Ehud Barakı uzun illərdir İsrail demokratiyasına zərbə vurmağa çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, “İyirmi ildən artıq əvvəl baş vermiş seçki məğlubiyyətinin təsirindən çıxa bilməyən Barak, seçilmiş İsrail hökumətini devirmək məqsədilə anti-sionist radikal sol qüvvələrlə əməkdaşlıq edir".

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?