Modern.az

Müharibənin sonu mümkün deyil - Zelenski

Müharibənin sonu mümkün deyil - Zelenski

Dünya

7 Fevral 2026, 14:03

Sülh razılaşmasının əsas şərti təhlükəsizlik zəmanətləridir və bunlar digər sənədlərdən əvvəl imzalanmalıdır.

Modern.az xarici KİV-ə istinadən yazır ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə təhlükəsizlik zəmanətlərinin imzalanması etibatarlılıq yaradır:

“Bu gələcək siyasi qərarlar üçün baza yaradacaq”.

Zelenski əlavə edib ki, Rusiya Ukraynanın ABŞ-la təhlükəsizlik razılaşması bağlamasını istəmir, amma bu, Kievin mövqeyinə təsir etməyəcək:

“Rusiya bizim ABŞ ilə razılaşmamızı istəmir. Amma biz bunu müzakirə etmirik. Hər halda, Ukrayna təhlükəsizlik zəmanətləri alacaq. Təhlükəsizlik zəmanətləri olmadan müharibənin sonu mümkün deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?