Modern.az

ABŞ-də çörək satan azərbaycanlı cütlüyün uğur hekayəsi - VİDEO

ABŞ-də çörək satan azərbaycanlı cütlüyün uğur hekayəsi - VİDEO

Dünya

7 Fevral 2026, 15:44

ABŞ-də yaşayan soydaşlarımız Cəmilə və Fərid cütlüyünün uğur hekayəsi diqqət çəkir.

Modern.az xəbər verir ki, onlar Amerikada uğurlu çörək biznesinə malikdir. Belə ki, kafeni ilk dəfə gördükləri an cütlüyün müəyyən tərəddüdləri olub. Satış elanına “Facebook” sosial şəbəkəsində rast gəldikdən sonra obyektlə maraqlanıblar və qısa müddət ərzində onu almaq qərarına gəliblər. Çörək sexi əvvəlki sahibindən 200 min dollara alınıb.

Onların sözlərinə görə, obyektlə bağlı problemlər gözləniləndən çox olub və vəziyyət o həddə çatıb ki, dərhal səhiyyə departamenti ilə əlaqə saxlamalı olublar:

“Həqiqətən də vəziyyət dəhşətli idi. ABŞ-də bu cür biznesin nə demək olduğunu bilmirdik. Mən özüm də dedim ki, risk etmirəm”.

Biznes ailə üzvlərinin birgə dəstəyi ilə idarə olunur. Çörək sexinin işində Cəmilə və Fəridlə yanaşı, Fəridin anası və qardaşı da yaxından iştirak edir.

Cəmilə bildirib ki, müştəri axını çox olsa da, məsuliyyət və xərclər böyükdür.

 “Mən həmişə burada oxumağı arzulayırdım, amma universitet illərində bu, qeyri-real görünürdü. Okeanın o tayında yaşamaq mənə çox uzaq gəlirdi. Sonra Fəridlə tanış oldum və elə həmin il “Green Card” müraciəti açıldı”.

Bildiriblər ki, ilk müraciət uğursuz olsa da, ikinci dəfə şans üzlərinə gülüb:

“Birinci dəfə udmadıq. İkinci dəfə isə qazandıq. Və hər şey belə başladı”.

Qeyd edək ki, Cəmilə və Fərid Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alarkən tanış olublar.

Daha ətraflı izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?