Modern.az

Türkiyədə avtobus aşdı - 16 nəfər yaralandı

Türkiyədə avtobus aşdı - 16 nəfər yaralandı

Dünya

7 Fevral 2026, 16:36

Türkiyənin Ağrı vilayətinin Pantos rayonununda sərnişin avtobusu aşıb.

Modern.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Əraziyə yanğınsöndürən və polis əməkdaşları, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır