Modern.az

Qış Olimpiya Oyunlarında atəşkəs olacaq?

Qış Olimpiya Oyunlarında atəşkəs olacaq?

Dünya

7 Fevral 2026, 18:33

Ukrayna Vatikanın və İtaliyanın Qış Olimpiya Oyunları müddətində atəşkəs elan edilməsi təşəbbüsünü, eləcə də bu çağırışı əks etdirən BMT qətnaməsini dəstəkləyir.

Modern.az xəbər verir, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha "Reuters" agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Kiyev fevralın 6-dan 22-dək Olimpiya Oyunları dövründə atəşkəsdə maraqlıdır və bu məsələdə Rusiyanın aydın mövqeyini gözləyir.

“Biz bu çağırışı dəstəkləyirik. Atəşkəsdə maraqlıyıq və əgər Rusiya bu təklifi yenidən rədd edərsə, bu, sülhə kimin mane olduğunu və bu müharibəni davam etdirmək istədiyini bir daha göstərəcək”, – deyə Sibiha vurğulayıb.

O əlavə edib ki, müvəqqəti atəşkəs daha geniş sülh danışıqlarına yol aça bilər.

Bundan əvvəl Roma Papası Leo XIV qədim “olimpiya atəşkəsi” ənənəsinə istinad edərək yüksək vəzifə tutan şəxsləri gərginliyin azaldılması və dialoq naminə real addımlar atmağa çağırıb. Pontifik bildirib ki, sülhə ac olan bir dünyada gücdən sui-istifadəni, güc nümayişini və hüququn aliliyinə biganəliyi dayandıra biləcək alətlərə ehtiyac var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?